Futbol üzrə Mərakeş milli komandası 2018-ci ildə Rusiyada keçiriləcək dünya çempionatının seçmə mərhələsinin “C” qrupunda sonuncu matçda Kot-d-İvuar komandasını 2:0 hesabı ilə məğlub edərək 20 illik fasilədən sonra mundialda iştirak hüququ qazanıb.Azərtac xəbər verir ki, yığma komandanın bu uğuru ölkədə böyük sevinclə qarşılanıb.Oyundan dərhal sonra Kral VI Məhəmməd milli komandanın baş məşqçisi Herv Renarda telefon açaraq onu və futbolçuları qələbə münasibətilə təbrik edib.Vətənə qayıdan komandanın üzvlərini Rabat hava limanında çoxlu sayda azarkeş qarşılayıb.Xatırladaq ki, Avrika zonası üzrə seçmə mərhələnin “A” qrupunda mübarizə aparan Tunis millisi də sonuncu oyunda Liviya ilə heç-heçə edərək (0:0) dünya çempionatına vəsiqə qazanıb. Qrupda 14 xalla birinci yer tutan Tunis futbolçuları 12 illik fasilədən sonra mundialda çıxış edəcəklər.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…