Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb. AMB-dən “APA-Economics”ə verilən məlumata görə, ABŞ-ın milli valyutası olan dolların manata qarşı məzənnəsi iyul ayının 11-i ilə müqayisədə 0,2% artaraq 1,5518 manat təşkil edib. Avro da manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası manata nisbətən 0,5% möhkəmlənərək 1,7191 manat olub. Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rubl manata nisbətən 0,4% möhkəmlənərək 0,0242 manat səviyyəsində qalıb. Türkiyə lirəsi manata nisbətən bahalaşıb. Belə ki, qardaş ölkənin milli valyutası 0,2% zəifləyərək 0,5346 manata enib. Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,0284 manatdır. Beləliklə, funt sterlinq manata qarşı 1,1%-lik bahalaşma nümayiş etdirib. Gürcüstan larisinin məzənnəsi isə 0,3% artaraq 0,6617 manata düşüb.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…