Azərbaycan Mərkəzi Bankı (AMB) ölkədə rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə yeni bir layihəyə – “Ani ödənişlər sistemi”nin yaradılmasına start verib.Mərkəzi Bankdan Azərtac-a bildiriblər ki, AMB ölkənin milli ödəniş sistemi infrastrukturunun təkmilləşdirilməsi, istifadə effektivliyinin yüksəldilməsi və iqtisadiyyatda nağdsız ödənişlərin çəkisinin artırılması istiqamətində tədbirlərini davam etdirir.Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi”ndə rəqəmsal ödənişlərin genişləndirilməsi istiqamətində hədəflər müəyyənləşdirilmiş və bu hədəflər üzrə Azərbaycan Respublikasının Mərkəzi Bankı əsas icraçı təyin edilib. Verilmiş tapşırığın icrası məqsədilə həyata keçirilməsinə qərar verilmiş əsas tədbirlərdən biri də ölkədə “Ani ödənişlər sistemi”nin yaradılmasıdır. Bu istiqamətdə beynəlxalq təcrübənin araşdırılması göstərir ki, hazırda dünyanın qabaqcıl ölkələrində ödənişlərin 24/7/365 rejimində həyata keçirilməsi üçün “Instant Payment System” və ya “Fast Payment System” adları altında hesablaşma əməliyyatlarının vəsaiti ödəyənlə, vəsaiti alan arasında 5-10 saniyə ərzində tam başa çatdırılmasını təmin edən ani ödəniş sistemləri fəaliyyət göstərməkdədir. Belə ki, bir çox ölkələrdə (məsələn İngiltərə, Danimarka, Finlandiya, Norveç, İsveç, İsveçrə, Polşa, Koreya Respublikası, Hindistan, Sinqapur və s.) artıq bu tipli sistemlər real rejimdə tətbiq edilib, digər ölkələrdə isə tətbiqi üzrə hazırlıq işləri aparılır.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…