“Azərbaycan Beynəlxalq Bankı” (ABB) Mərkəzi Bankın 2016-cı ilin nəticələrinə əsasən, ölkədəki banklar arasında keçirdiyi müsabiqədə “Elektron ticarətin inkişafında lider bank” və “Təmassız POS-terminal infrastrukturu üzrə lider bank” nominasiyalarının qaliblərindən olub.Bu barədə ABB-dən Azərtac-a verilən məlumatda bildirilir.2016-cı il ərzində “Azərbaycan Beynəlxalq Bankı”nın ödəniş kartları ilə 28 mindən çox əməliyyat yerinə yetirilib. Əməliyyatların ümumi dövriyyəsi 4 milyard manatdan artıq olub. Aktiv ödəniş kartlarının sayı hazırda 1 milyon 300 mindən çox olan bankın 763 ATM-i fəaliyyətdədir. Bu, Azərbaycanda ən böyük ATM şəbəkəsidir. Bundan başqa, müxtəlif ticarət və xidmət mərkəzlərində “Azərbaycan Beynəlxalq Bankı”nın 11300 POS-terminalı müştərilərin istifadəsindədir.Elektron xidmət infrastrukturunu inkişaf etdirməklə “Azərbaycan Beynəlxalq Bankı” ölkəmizdə nağdsız ödənişlərin genişlənməsinə töhfə verməyə çalışır. “VİSA PayWave” və “Mastercard PayPass” ödəniş texnologiyalarını dəstəkləyən təmassız ödəniş kartlarını ölkəmizdə ilk dəfə olaraq məhz “Azərbaycan Beynəlxalq Bankı” tətbiq etməyə başlayıb.Eyni zamanda, “VİSA İnternational” şirkəti ilə müştərək şəkildə “Sıfır məsuliyyət” (Zero liability) siyasətinin ölkəmizdə ilk dəfə tətbiqi də məhz “Azərbaycan Beynəlxalq Bankı”na məxsusdur.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…