AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) akademik Ziya Bünyadovun həyat və fəaliyyətinə həsr olunan tədbir keçirilib.Tədbiri açan MEK-in Beynəlxalq və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Mübariz Göyüşlü akademik Ziya Bünyadovun elmi irsi, həyatı və şəxsiyyəti barədə fikirlərini səsləndirib. Tədbirdə MEK-in İstifadəçilərə xidmət və nəzarət bölməsinin rəhbəri Ofeliya Yunusova təqdimatla çıxış edib. Ziya Bünyadovun alimlik dərəcəsi alıncaya qədərki təhsil mərhələlərindən, İkinci Dünya müharibəsi cəbhələrində göstərdiyi igidlik və qəhrəmanlıqlara görə təltiflərindən, elmi və ictimai fəaliyyətindən söz açıb: “50-ci illərin ortasından öz taleyini həmişəlik Akademiyaya bağlamış Z.Bünyadov AMEA-nın vitse-prezidenti vəzifəsinə qədər uzun illər A. Bakıxanov adına Tarix İnstitutunda və Şərqşünaslıq İnstitutuna müxtəlif vəzifələrdə çalışıb. Tarix elmini öz samballı tədqiqatları ilə zənginləşdirmək istiqamətində fəaliyyətinə görə Ziya müəllim 1967-ci ildə Akademiyanın müxbir üzvü, 1979-cu ildə isə həqiqi üzvü seçilib”.Tədbirdə akademik Ziya Bünyadovun müəllifi olduğu kitablardan danışılıb. Bildirilib ki, alimin əsərləri Fransada, İraqda, Rusiyada, Türkiyədə və bir sıra başqa ölkələrində nəşr olunub. Dünyanın tanınmış alimlərinin əsərləri onun tərəfindən ingilis, ərəb, rus və türk dillərindən tərcümə edilib. Alimin ən yaddaqalan töhfəsi isə akademik Vasim Məmmədəliyevlə birlikdə “Qurani-Kərim”i Azərbaycan dilinə tərcümə etməsi olub.Təqdimatda Ziya Bünyadovun kitablarından ibarət slayd və onun haqda film təqdim edildi.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…