Gürcüstan Mərkəzi Seçki Komissiyası NATO-ya giriş üzrə referendum keçirməkdən imtina edib. Rusiya mətbuatının məlumatına görə, bu barədə “Kartuli Dasi” partiyasının lideri Condi Baqaturiya jurnalistlərə bildirib.Partiya referendumun 8 oktyabrda keçirilməsi təşəbbüsü ilə çıxış etmişdi.“Təəssüf ki, Mərkəzi Seçki Komissiyası aktual bir məsələ üzrə referendumun keçirilməsi haqqında bizim təşəbbüsümüzü rədd etdi. Son illərdə Gürcüstan əhalisinin NATO-ya münasibəti əhəmiyyətli dərəcədə dəyişdi. Bu gün həmvətənlərimizin çoxu arzu edirlər ki, Gürcüstan hərbi bloklara daxil olmasın və neytral ölkə olsun”, – partiya sədri qeyd edib.O, bildirib ki, partiyası Mərkəzi Seçki Komissiyasının qərarından məhkəməyə şikayət etmək niyyətindədir.Parlamentinin sabiq spikeri Nino Burcanadzenin lideri olduğu “Demokratik Gürcüstan” Partiyası da hərbi bloklara qoşulmamaq kursunu dəstəkləyir.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…