Aprelin 17-də Milli Məclisin əmək və sosial siyasət komitəsinin iclası keçirilib.Azərtac xəbər verir ki, komitənin sədri Hadi Rəcəbli gündəlikdəki məsələlər barədə məlumat verib.Əvvəlcə iclasda “Məşğulluq haqqında” yeni qanun layihəsi müzakirə olunub. Komitə sədri yeni qanun layihəsini şərh edib. Bildirib ki, yeni qanun layihəsi 5 fəsil, 34 maddədən ibarətdir.İclasda iştirak edən əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev ötən dövrdə ölkədə məşğulluq sahəsində dövlət siyasətini müəyyən edən zəruri qanunvericilik bazasının yaradıldığını, 2001-ci il iyunun 2-də “Məşğulluq haqqında” Qanunun qəbul olunduğunu bildirib. O diqqətə çatdırıb ki, ötən dövr ərzində məşğulluq haqqında qanunvericilik təkmilləşdirilib, həmçinin Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 5 avqust tarixli Fərmanı ilə “İşsizlikdən sığorta haqqında” Qanun təsdiq edilib.Qeyd olunub ki, Azərbaycanda bazar münasibətlərinin inkişafı, bütün səviyyələrdə aparılan iqtisadi, sosial, institusional və siyasi islahatların uğurlu nəticələri işsiz və işaxtaran vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi sahəsində yeni tələbləri müəyyən edir. Hazırda müzakirə olunan “Məşğulluq haqqında” qanun layihəsi də yeni iqtisadi inkişaf mərhələsində məşğulluq sahəsində formalaşan dövlət siyasətinin istiqamətlərinin təkmilləşdirilməsi zərurətindən irəli gəlib.Sonra gündəliyə daxil olan “Sosial sığorta haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi müzakirə olunub. Bildirilib ki, təklif olunan dəyişiklik texniki xarakter daşıyır.Deputatlar gündəlikdəki məsələlər barədə fikir və təkliflərini səsləndiriblər.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…