“Skalper” Xəstələrə Yardım İctimai Birliyi “Xərçəngdən qorunaq: Bakıda onkoloji xəstəliklərə dair mütəxəssislərin iştirakı ilə məlumatlandırma sessiyalarının, məsləhət xidmətlərinin və profilaktik dəstəyin təşkili” adlı layihə həyata keçirir. İctimai Birlikdən Azərtac-a bildirilib ki, layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə icra ediləcək. Layihə çərçivəsində Bakıda onkoloji xəstəliklərə dair vətəndaşlar üçün üç məlumatlandırma sessiyası, eləcə də pulsuz fərdi məsləhət xidmətlərinin təşkili nəzərdə tutulub. Sosial şəbəkələrdə risk qrupuna daxil olan aztəminatlı vətəndaşlar, xərçəng xəstələri və onların qohumlarına layihədən faydalanmaq üçün müraciət ünvanlanıb. İş adamları və sahibkarlara da bu xeyirxah missiyaya dəstək olmaq üçün müraciət edilib. Müvafiq təkliflərin nəzərə alınması üçün əlaqədar qurumlarla əməkdaşlıq da nəzərdə tutulub.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…