İyunun 20-də Türkiyənin Azərbaycandakı səfirliyində mətbuat nümayəndələri üçün iftar süfrəsi təşkil olunub. Azərtac xəbər verir ki, iftar süfrəsində Türkiyənin Azərbaycandakı səfiri İsmail Alper Coşkun, səfirliyin müşaviri, xanım Meral Barlas, səfirliyinin mətbuat üzrə müşaviri Hamid Karadeniz, həmçinin ölkəmizin aparıcı KİV-lərinin təmsilçiləri iştirak ediblər. İsmail Alper Coşkun jurnalistlərlə söhbətində ölkələrimiz arasında qədim tarixi köklərə söykənən dostluq və qardaşlıq əlaqələrinin hazırkı yüksək səviyyəsindən danışıb. Azərbaycanın və Türkiyənin birlikdə regionda enerji, nəqliyyat və digər sahələrdə mühüm layihələr həyata keçirdiyini vurğulayan diplomat hər iki dövlətin əldə etdikləri nailiyyətləri diqqətə çatdırıb. Azərbaycanın Formula-1 Avropa Qran-prisinə yüksək səviyyədə ev sahibliyi etdiyini deyən səfir bunun ölkəmizin qazandığı uğurların, habelə sürətli inkişafının təbliği baxımından mühüm imkan olduğunu bildirib. Sonra səfir İsmail Alper Coşkun iftar mərasimində iştirak edən azərbaycanlı jurnalistlərin Türkiyənin daxili və xarici siyasətindəki prioritet istiqamətlər, bölgədə və dünyada baş verən proseslər və ölkələrimiz arasındakı münasibətlərlə bağlı suallarını cavablandırıb.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…