Mətbuat nümayəndələrinin akkreditasiya prosesinə start veriləcək

25 Yanvar 2017 13:37

Xəbər 845 dəfə oxunub

Fevralın 20-də Formula-1 Azərbaycan Qran-prisinə mətbuat nümayəndələrinin akkreditasiya prosesinə start veriləcək.Bu sözləri Azərtac-a müsahibəsində “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin marketinq və kommunikasiya departamentinin rəhbəri Nigar Arpadarai deyib.N.Arpadarai bildirib ki, akkreditasiya prosesi ilə bağlı təşkil olunacaq tədbirdə media nümayəndələrinə qeydiyyat barədə ətraflı məlumat veriləcək. Həmçinin media nümayəndələrinə xüsusi bələdçilər paylanacaq.Akkreditasiya prosesinə martın 31-də yekun vurulacağını diqqətə çatdıran N.Arpadarai ötən mövsüm ilə müqayisədə builki yarışa qeydiyyat müddətinin daha uzun olduğunu deyib.xeber100.com