Dünya Qəzetçilər Federasiyasının sədri Menderes Dəmir dünən Mətbuat Şurasında (MŞ) olub. MŞ-dan verilən məlumata görə, MŞ sədri Əflatun Amaşov bildirib ki, rəhbərlik etdiyi qurumun beynəlxalq əməkdaşlıq sahəsindəki fəaliyyətində Türk dünyasını təmsil edən media təşkilatları ilə qarşılıqlı münasibətlər mühüm yer tutur. Ə. Amaşov qeyd edib ki, bu münasibətlər yalnız media sahəsi ilə məhdudlaşmır, ümumən ictimai məzmun daşımaqla ortaq dəyərlərimizin təbliğini nəzərdə tutur. M. Dəmir bildirib ki, Dünya Qəzetçilər Federasiyasının həyata keçirdiyi Türkdilli Ölkələrin Sənədli Filmlər Festivalına filmlərin qəbulu prosesi bu il avqustun 12-də başa çatacaq. O əlavə edib ki, toplanmış ekran əsərlərinin qiymətləndirilməsi aparılacaq, qalib filmlər türk dünyasının müxtəlif yerlərində nümayiş olunacaq. M. Dəmir həmin filmlərin Azərbaycanda da nümayişinin əhəmiyyətini vurğulayıb və bu baxımdan Mətbuat Şurası ilə əməkdaşlığın səmərəli olacağına inamını ifadə edib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Messi influenzato…
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
“Вниз по течению”…