İran İslam Respublikasının İRNA İnformasiya Agentliyinin rəhbəri Mohəmməd Xoddadi Azərbaycan Mətbuat Şurasında olub. Şuradan bildiriblər ki, rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətləri barədə qonağa məlumat verən sədr, Milli Məclisin deputatı Əflatun Amaşov Azərbaycan jurnalistlərinin özünütənzimləmə orqanı olan Mətbuat Şurasının dünyanın bir çox nüfuzlu media təşkilatları ilə sıx əməkdaşlıq etdiyini diqqətə çatdırıb. O bildirib ki, beynəlxalq əməkdaşlığa müxtəlif ölkələrin aparıcı kütləvi informasiya vasitələri ilə ikitərəfli münasibətlər də daxildir. “İran və Azərbaycan xalqları arasında möhkəm tarixi bağlar var. Bu bağlılıq İran və Azərbaycan dövlətlərinin hazırkı əlaqələrində də əsas məqamı təşkil edir. Hazırda əlaqələr çox yüksək səviyyədədir və mövcud durumda hər iki ölkənin media qurumlarının bir-birinə yaxın olması son dərəcə faydalıdır”, – deyə Ə.Amaşov əlavə edib. Görüşdə iranlı və azərbaycanlı jurnalistlərin qarşılıqlı səfərlərinin təşkil olunması, bu xüsusda digər müxtəlif tədbirlərin həyata keçirilməsi yolları ətrafında müzakirələr aparılıb. İRNA xəbər agentliyinin rəhbəri Mohəmməd Xoddadi rəhbərik etdiyi agentliyin əməkdaşlığa hər cür dəstək göstərməyə hazır olduğunu bildirib. Tərəflər, həmçinin Xəzər dənizi ölkələri jurnalistlərinin regional görüşlərinin keçirilməsi məsələsinə də toxunub, mövcud istiqamətdə birgə təşəbbüsün qaldırılması ilə bağlı razılığa gəliblər.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…