İyulun 19-da Macarıstanın paytaxtı Budapeştdə yeniyetmə güləşçilərin dünya çempionatı start götürüb.Azərtac xəbər verir ki, ilk yarış günündə 48, 55, 65, 80 və 110 kiloqram çəki dərəcələrində çıxış edən sərbəst güləşçilər xalça üzərinə çıxıblar.Millimizin üzvü Hacı Kərimov (48 kq) dünya çempionatına Ukrayna güləşçisi üzərində inamlı qələbə ilə başlayıb. Ancaq güləşçimiz dörddəbir finalda Gürcüstan idmançısına uduzub.Cavid Cavadov (55 kq) səkkizdəbir finalda qazaxıstanlı həmkarı ilə bacarmayıb.Dünya çempionatında 65 kiloqram çəki dərəcəsində mübarizə aparan Ağanəzər Novruzov startda Çexiya təmsilçisinə vaxtından əvvəl qalib gəlib. Millimizin üzvü yerli güləşçiyə də eyni aqibəti yaşadaraq yarımfinala yüksəlib. Onun növbəti rəqibi ABŞ idmançısı olacaq.Səttərxan Allahverdili (80 kq) debütdə rumıniyalı rəqibini “tuşe” ilə üstələyib. Həmyerlimiz daha sonra Türkiyə pəhləvanından güclü olub. Ancaq dörddəbir finalda hindistanlı güləşçiyə uduzub.Digər güləşçimiz Azay İsmayılov (110 kq) ilk görüşdə Türkiyə idmançısına məğlub olub.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…