“Made in Azerbaijan” brendinin təbliği məqsədilə bu ilin sonunadək 3 ölkəyə ixrac missiyası təşkil ediləcək.Azərtac xəbər verir ki, müxtəlif ölkələrdə “ticarət ev”lərinin təşkili, səfirlik və konsulluqlarda ticarət nümayəndələrinin təyinatı proseslərinə də start verilib.Azərbaycan mənşəli qeyri-neft məhsullarını ixrac edən sahibkarlara məhsulun növünə görə ixrac dəyərinin 3-6 faizi məbləğində ixrac təşviqinin ödənilməsinə başlanılıb. Bu çərçivədə şərab, pambıq ipliyindən məmulatlar, konservlər, su və şirələr, fındıq və digər məhsulların Rusiya, ABŞ, Çin, Almaniya, Türkiyə və Belarus və s. ölkələrə ixracı ilə əlaqədar sahibkarlara ixrac təşviqi artıq ödənilir.Ümumiyyətlə, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqinə xüsusi diqqət yetirilir.Qeyd edək ki,”Made in Azerbaijan” brendi Birləşmiş Ərəb Əmirlikləri və Almaniyada sərgilərdə də vahid ölkə stendi ilə nümayiş olunub. Azərbaycan məhsullarının Körfəz regionunun ticarətində önəmli yerə malik olan “Lulu” marketlər şəbəkəsində satışı barədə razılıq əldə olunub. Həmçinin spirtli içkilər, eləcə də yerli şərablar Almaniyada böyük maraqla qarşılanıb. Litvada şərab məhsullarını distribüterliyi ilə məşğul olan şirkət tərəfindən ilkin olaraq 200 litr Azərbaycan şərabı alınıb.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…