“SƏBA” Şirkətlər Qrupu Rusiyaya növbəti partiya quru süd məhsulunu ixrac edib. Şirkətin “Biləsuvar Aqro” MMC müəssisəsinin istehsalı olan məhsul bu dəfə “Made in Azerbaijan” brendi kimi göndərilib. Şirkətin ictimaiyyətlə əlaqələr xidmətindən Azərtac-a bildirilib ki, “İnvestisiyanın təşviqi sənədi”ni ilk almış şirkətlərdən biri kimi “SƏBA” öz yüksək keyfiyyətli məhsulunu “Made in Azerbaijan” nişanı ilə istehsal etməklə fəxr edir. “Biz əminik ki, Azərbaycan fermerlərindən toplanmış süddən emal etdiyimiz quru süd məhsulu xarici bazarda rəqabətə yüksək davamlılıq nümayiş etdirəcək”. “SƏBA” nişanı ilə qatıq, xama, yağ, kəsmik və bir sıra süd məhsulları da istehsal edir.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…