Azərbaycan şərabları ilk dəfə olaraq “Made in Azerbaijan” vahid ölkə stendi ilə Çin Xalq Respublikasının Honqkonq Xüsusi İnzibati Ərazisində keçirilən X Beynəlxalq Şərab və Spirtli İçkilər Sərgisində nümayiş olunur.Azərtac xəbər verir ki, Asiya qitəsində müvafiq sahə üzrə ən böyük sərgi hesab olunan Beynəlxalq Şərab və Spirtli İçkilər Sərgisinə bu il Azərbaycan da daxil olmaqla, 38 ölkədən 1070 iştirakçı qatılıb.Noyabrın 9-da öz işinə başlamış sərgidə ölkəmiz Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO), Azərbaycan Şərab İstehsalçıları və İxracatçıları Assosiasiyası, eləcə də şərab istehsalı və ixracı ilə məşğul olan 12 şirkətin nümayəndəsi ilə təmsil olunur. Noyabrın 11-dək davam edəcək sərginin keçirildiyi Honqkonq Beynəlxalq Sərgi və Konqres Mərkəzində Azərbaycan şərablarının təbliği məqsədilə müxtəlif tanıtım plakatları asılıb.Azərbaycan şərabları, şampanlar, meyvə və otlardan hazırlanmış spirtli içkilər xüsusi dizaynda hazırlanıb, 126 kvadratmetrlik “Made in Azerbaijan” vahid ölkə stendində nümayiş olunur. Pavilyonumuzda rəqabətqabiliyyətli və ixracyönümlü Azərbaycan şərabları nümayiş olunmaqla yanaşı, sərgi ziyarətçilərinə ölkəmizdə yaradılmış əlverişli biznes və investisiya mühiti, istehsal olunan təbii və keyfiyyətli məhsullar barədə məlumat verilir, çap materialları təqdim edilir. Azərbaycan şərabları sərginin təşkilat komitəsinin üzvləri, ziyarətçilər, alıcılar və media nümayəndələri tərəfindən maraqla qarşılanır.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…