Madridin “Real” futbol klubu uelsli yarımmüdafiəçi Qaret Beylin müqavilə müddətini 2022-ci il iyunun 30-dək artırıb. Madrid klubunun mətbuat xidməti xəbər verir ki, 27 yaşlı futbolçunun bundan əvvəlki müqavilə müddəti 2019-cu ilədək nəzərdə tutulmuşdu. Yeni sazışdə onun həm də illik əməkhaqqı məsələsinə də aydınlıq gəlib. Məlum olub ki, Q.Beyl komandanın kapitanı Serxio Ramos qədər əməkhaqqı alacaq. Onun illik maaşı 10 milyon avro təşkil edəcək. Qeyd edək ki, uelsli futbolçu “Real”a 2013-cü ildə İngiltərənin “Tottenhem” klubundan 101 milyon avroya transfer edilmişdi. O, “Kral” klubunda ikiqat Çempionlar Liqası və 2013/2014-cü il mövsümündə İspaniya kubokunun qalibi olub.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…