“Neftçi” makedoniyalı müdafiəçi ilə müqaviləyə xitam verib

16 Dekabr 2016 11:56

Xəbər 746 dəfə oxunub

“Neftçi” daha bir futbolçu ilə yollarını ayırıb.Azərtac xəbər verir ki, paytaxt təmsilçisi yenə əcnəbi oyunçu ilə vidalaşıb. Söhbət mövsümlərarası fasilədə komandaya gətirilən Vançe Şikovdan gedir. Makedoniyalı müdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.“Austriya” klubundan transfer edilən 31 yaşlı oyunçu “Neftçi”nin heyətində 9 oyunda meydana çıxıb.Qeyd edək ki, Vançe Şikovadək “Neftçi” Katalin Tira, Denilson Pereyra və Dario Melnyakla yollarını ayırmışdı.xeber100.com