Maliyyə Nazirliyi qeyri-hökumət təşkilatlarına müraciət edib

15 Yanvar 2024 14:34

Xəbər 82 dəfə oxunub

Maliyyə Nazirliyi qeyri-hökumət təşkilatlarına müraciət edib.

Nazirlikdən bildirilib ki, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikası Qanununun 29.4-cü maddəsinə əsasən qeyri-hökumət təşkilatları illik maliyyə hesabatlarını aprel ayının 1-dən gec olmayaraq Maliyyə Nazirliyinə təqdim etməlidirlər.

“Qeyri-hökumət təşkilatlarının illik maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi Qaydası” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 25 dekabr tarixli Qərarı ilə təsdiq edilib və normativ hüquqi akt Maliyyə Nazirliyinin internet səhifəsində yerləşdirilib. Maliyyə Nazirliyi tərəfindən qeyri-hökumət təşkilatlarından illik maliyyə hesabatlarının alınması “Qeyri-hökumət təşkilatlarının elektron hesabatlılıq Proqram”ı vasitəsilə həyata keçirilir. Bunun üçün www.qht-hesabat.maliyye.gov.az saytı vasitəsilə qeydiyyatdan keçərək elektron qaydada hesabatları təqdim etmək olar.

Maliyyə hesabatlarının təqdim edilməməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 462-ci maddəsi ilə inzibati tənbeh nəzərdə tutulub.xeber100.com

BRICS bankı tezliklə 28 milyard dollar dəyərində “Maharaja istiqrazları” adlı qiymətli kağızları buraxacaq

Aparıcı inkişaf etməkdə olan bazarların bloku olan BRICS təşkilatının bankı qlobal bazarlara yeni istiqrazlar çıxarmağa hazırlaşır və bu istiqrazlar ABŞ dollarında deyil, yerli valyutalarda olacaq. Xarici KİV-lər xəbər verir ki, Yeni İnkişaf Bankı (NDB) kimi tanınan BRICS bankı tezliklə 28 milyard dollar dəyərində "Maharaja istiqrazları" adlı qiymətli kağızları buraxacaq. Bu maliyyə qurumu, eyni zamanda, kriptovalyutaya diqqət yetirir. İstiqrazların buraxılacağı dəqiq tarixi açıqlamayıb, lakin NDB-nin baş əməliyyat direktoru Vladimir Kazbekovun bankın tənzimləyici orqanlarından təsdiq gözlədiyi açıqlanıb. Qurumun internet saytına görə, yeni istiqrazlar hökumətlər, maliyyə institutları və daimi investorlar üçün təqdim ediləcək. İstiqrazları gücləndirmək və müvafiq iqtisadiyyatların inkişafına dəstəyini təmin etmək üçün onları yerli valyutalarda almaq mümkün olacaq. İstiqrazların buraxılması planı BRICS-in “de-dollarizasiya” təşəbbüslərinin bir hissəsidir, çünki alyans qlobal iqtisadiyyatda islahatlar aparmaq məqsədilə Amerika valyutasından asılılığı azaltmaq istiqamətində irəliləyir. BRICS-ə Braziliya, Çin, Rusiya, Hindistan və Cənubi Afrika Respublikası, həmçinin altı yeni üzv - İran, Səudiyyə Ərəbistanı, BƏƏ, Misir, Argentina və Efiopiya daxildir. Bu qrupa daxil olan ölkələrin liderləri 2023-cü ilin sonlarında keçirdikləri son sammitdə qlobal iqtisadiyyatın siyasi məqsədlər üçün istismarını yekdilliklə rədd etdikləri üçün ABŞ dollarından imtina etmək məqsədilə yerli valyutaların istifadəsini təşviq etməyə söz veriblər.xeber100.com

Yanvar 15, 2024 14:42

Müstəqil Dövlətlər Birliyi İqtisadi Şurasının 100-cü iclası keçirilib

Moskvada Müstəqil Dövlətlər Birliyi (MDB) İqtisadi Şurasının 100-cü iclası keçirilib. Azərbaycanı iclasda Baş nazirin birinci müavini Yaqub Eyyubov təmsil edib. Qırğızıstan Respublikası Nazirlər Kabinetinin sədri, MDB İqtisadi Şurasının sədri Adılbek Kasımaliyevin sədrliyi baş tutan iclasda nümayəndə heyətlərinin başçıları MDB ölkələrinin iqtisadi sahədə əməkdaşlığının aktual məsələlərini müzakirə ediblər. Nümayəndə heyətlərinin başçıları əvvəlcə məhdud tərkibdə görüş keçiriblər. Sonra baş tutan geniş tərkibdə görüşdə MDB ölkələrinin ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafına dair 2030-cu ilədək nəzərdə tutulmuş fəaliyyət planı, MDB ölkələrinin energetika sahəsində əməkdaşlıq planı, qarşılıqlı ticarət, intellektual mülkiyyət sahələrində qarşılıqlı fəaliyyət, milli nüvə infrastrukturlarının inkişafı üzrə baza təşkilatlarının yaradılması və bir çox digər məsələləri nəzərdən keçiriblər. Tərəflər, həmçinin MDB ölkələrinin hava hücumuna qarşı müdafiə sistemlərinin yaradılması və inkişafı, MDB-nin büdcə məsələlərinə dair sənədlər imzalayıblar. MDB-də sədrlik növbəti il üçün Qırğızıstandan Rusiyaya keçib. Rusiya hökuməti sədrinin müavini Aleksey Overçuk jurnalistlərə açıqlamasında qeyd edib ki, iclasda Rusiya MDB-də sədrliyinin əsas müddəalarını təqdim edib. O vurğulayıb ki, Rusiya sədrliyi dövründə energetika sahəsində təhlükəsizlik və qida təhlükəsizliyi sahələrinə üstünlük verəcək, nəqliyyat-logistika əlaqələrinin möhkəmləndirilməsi, ölkələrimizin məhsullarının qlobal Cənuba çıxması üçün “Şimal-Cənub” və “Şərq-Qərb” nəqliyyat dəhlizlərinin inkişafına önə çəkiləcək.xeber100.com

Dekabr 9, 2023 19:44