“AGBank”da “Maliyyə savadlılığı” layihəsi çərçivəsində gənclərə bank işinin əsasları haqqında bilgilər verilib. Bankdan Azərtac-a verilən məlumata görə, Azərbaycan Respublikasının Mərkəzi Bankı “Maliyyə savadlılığı” layihəsi çərçivəsində bank-maliyyə sisteminin fəaliyyətinə dair maarifləndirici seminarları davam etdirir. Layihə iştirakçıları üçün “Maliyyə savadlılığı: Peşəkar karyeraya aparan yol” adlı müsabiqə xarakterli təlimlər də təşkil olunur. “AGBank”da müxtəlif universitetlərin tələbələri üçün təlimlər təşkil olunub. Tədbir zamanı bankın mütəxəssisləri bu maliyyə təşkilatının fəaliyyəti haqqında layihə iştirakçılarına ətraflı məlumat veriblər. Tələbələr gələcəyin iqtisadçılarının maliyyə savadlılığı, büdcə planlaşdırılması, bank məhsulları, sahibkarlıq və sair mövzularla əlaqədar ümumi bilgilərlə tanış olublar. Təlimdə Baki Dövlət Universiteti, Dövlət İqtisad Universiteti və Xəzər Universitetinin tələbələri iştirak ediblər. Təlimin əsas məqsədi tələbələrə maliyyə savadlılığının əsasları barədə zəruri biliklərin verilməsindən ibarətdir.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…