Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) “Maliyyə savadlılığı” layihəsi çərçivəsində təlimlərə başlanılıb.AZMİU-dan Azərtac-a bildirilib ki, təlimlər Azərbaycan Mərkəzi Bankı Resurslar və Maarifləndirmə Xidmətinin Tədqiqatlar və İnkişaf Mərkəzi tərəfindən universitetin müvafiq kafedraları ilə birgə razılaşmaya əsasən keçirilir.Mərkəzin iqtisadi maarifləndirmə şöbəsinin mütəxəssisləri AzMİU-nun tikinti-iqtisad fakültəsində menecment, marketinq, sənayenin təşkili və idarə edilməsi ixtisasları üzrə bakalavr və magistr pillələrində təhsil alan tələbələr üçün bir həftə ərzində təlimlər keçəcəklər. Xidmət sahələrinin iqtisadiyyatı və menecment kafedrasının müdiri M.Məmmədov təlimlərin sonunda fəallıq göstərən bir qrup tələbənin Mərkəzi Bankda təcrübə keçəcəyini deyib.Təlimin ilk günü Mərkəzi Bankın pul və məzənnə siyasəti şöbəsinin müdiri Namiq Nağdəliyevin “Azərbaycanda pul və məzənnə siyasəti” mövzusunda məruzəsi dinlənilib. Şöbə müdiri Mərkəzi Bankın pul və məzənnə siyasəti, bu sahədə aparılan işlər barədə məlumat verib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…