Mərkəzi Bank bu ilin birinci yarısında hər biri iki mərhələdən ibarət olan “Maliyyə Savadlılığı: Peşəkar karyeraya aparan yol” adlı müsabiqə xarakterli 5 təlim keçirib.Mərkəzi Bankdan Azərtac-a bildiriblər ki, bankın təşəbbüsü ilə keçirilən və 150 tələbənin iştirak etdiyi bu təlimlərin birinci mərhələsindən uğurla keçənlər ikinci mərhələdə iştirak etmək hüququ qazanıblar. İkinci mərhələsini də müvəffəqiyyətlə başa vuran 71 tələbəyə sertifikat verilib. Eyni zamanda, tələbələrin CV-ləri və yekun test imtahanı üzrə balları internatura proqramında iştirak etmək imkanı qazanmaq üçün müvafiq bank-maliyyə qurumlarına təqdim olunub.Bu günədək sözügedən layihənin 40 məzunu layihədə iştirak edən bank-maliyyə qurumlarında təcrübə proqramlarına cəlb olunub. Qeyd edək ki, təlimlərin keçirilməsində məqsəd maliyyə savadlılığının gənclər arasında ictimai dəyər kimi tanınmasına nail olmaq, tələbələri bank-maliyyə sektorunun işi ilə yaxından tanış etmək, onlara karyera quruculuğu işində kömək göstərmək və bank-maliyyə qurumlarının təcrübə proqramlarına dəstək olmaqdır.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…