Azərbaycanda 2013-cü və 2014-cü illərdə, eləcə də 2015-ci ilin ötən dövrü ərzində yerli yoluxma nəticəsində malyariya halları qeydə alınmayıb. Yalnız 2013-cü ildə 4 nəfər, 2014-cü ildə 2 nəfər, 2015-ci ildə isə 1 nəfər tropik malyariyaya tutulub ki, bu da bizim ölkəmizə xarakterik deyil. Bu ilin ötən dövrü ərzində də yerli yoluxma nəticəsində malyariya hallarına rast gəlinməyib.Bu faktları Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Süleyman Məmmədov AZƏRTAC-a müsahibəsində acılayıb. Onun sözlərinə görə, Azərbaycanda malyariya ilə bağlı vəziyyət 1990-cı illərin başlanğıcında sürətlə pisləşməyə başlayıb, 1993-1994-cü illərdə malyariya hallarının sayı 23-dən 667-yə, 1996-cı ildə isə 13 min 135-ə çatıb. Bu, əsasən ağır sosial-iqtisadi şərait, o cümlədən silahlı münaqişə nəticəsində təxminən bir milyon insanın məcburi köçkün olması ilə bağlı idi. Kür-Araz və Lənkəran düzənliklərində 1997-ci ildə baş vermiş daşqınlar vəziyyəti daha da ağırlaşdırmışdı. 1997-ci ildən başlayaraq genişmiqyaslı epidemiyaya nəzarət işləri nəticəsində ölkəmizdə malyariya ilə bağlı vəziyyət yaxşılaşmağa başlayıb. Şöbə müdiri bildirib ki, 2005-ci ildə Özbəkistanın Daşkənd şəhərində Dünya Səhiyyə Təşkilatının Avropa Regionunda malyariyanın aradan qaldırılması ilə bağlı regional təşəbbüs üzrə keçirilmiş ilkin görüşdə “Malyariyaya nəzarətdən onun eliminasiyasına (aradan qaldırılmasına) doğru” Regional Bəyanatı qəbul edilib. Son bir neçə il ərzində ölkədə malyariyaya nəzarətlə bağlı əldə edilmiş əhəmiyyətli nəticələri nəzərə alaraq Azərbaycan Daşkənd Bəyanatını imzalamış və 2008-2013-cü illər üçün Azərbaycan Respublikasında “Malyariyanın Eliminasiyası üzrə Milli Strategiya” qəbul edilib. Bu strategiya 2008-ci il martın 3-də Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilib. Yeni milli strategiyanın son məqsədi 2013-cü ilədək malyariya ilə yerli yoluxmaların kəsilməsi idi. Hazırda milli məqsədə nail olunub. Qeyd edək ki, 25 aprel – Ümumdünya Malyariya Günüdür. Bu əlamətdar gün Ümumdünya Səhiyyə Assambleyası tərəfindən xəstəliyə nəzarət səylərinin artırılması məqsədilə 2007-ci ildə təsis edilib. Malyariya insana anofeles cinsindən olan ağcaqanadlar vasitəsilə keçir. Ağcaqanad sağlam insanı sancdıqda parazit insanın qanına keçir və yoluxma baş verir. Halsızlıq, yüksək qızdırma, üşütmə, baş ağrıları ilə özünü büruzə verən xəstənin vəziyyətində sonradan ağırlaşmalar qeydə alınır. Lakin malyariya müalicə olunan xəstəlikdir və bu ölümlərin qarşısını almaq mümkündür. Dünya Səhiyyə Təşkilatının hesablamalarına görə, hər il 250 milyon insan malyariyaya yoluxur. Təkcə 2015-ci ildə malyariyadan ölənlərin sayı 438 min nəfər olub. Problem 2009-cu ildə dünyada daha aktual olub. Hazırda 3,2 milyard insan malyariyaya yoluxma təhlükəsi ilə üz–üzədir. Bununla yanaşı, dünyanın 57 ölkəsində yeni malyariya halları 75 faiz azalıb.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…