Futbol üzrə İngiltərə Premyer Liqasının beşinci turunda “Mançester Siti” səfərdə “Norviç Siti” komandası ilə qarşılaşıb.Azərtac xəbər verir ki, oyun meydan sahiblərinin xeyrinə başa çatıb – 3:2. Hesabı 18-ci dəqiqədə “Norviç Siti”nin yarımmüdafiəçisi Kenni Maklin açıb. Birinci hissənin ortalarında Todd Kantvel hesabı 2:0-a çatdırıb. 45-ci dəqiqədə qonaqların hücumçusu Serxio Aquero buraxılan toplardan birinin əvəzini çıxıb.İkinci hissənin əvvəlində meydan sahiblərinin hücumçusu Teemu Pukki rəqib qapısından daha bir top keçirib. 88-ci dəqiqədə “Mançester Siti”nin hücumçusu Rodriqe Ernandes hesab arasındakı fərqi azaldıb.Bu, şəhərlilərin cari mövsümdə ilk məğlubiyyətidir. Pep Qvardioalının komandası əvvəlki turlarda üç qələbə qazanıb, bir oyunu heç-heçə başa vurub.“Nyukasl” klubunu 3:1 hesabı ilə məğlub edən “Liverpul” çempionatda ardıcıl beşinci qələbəsini qazanaraq turnir cədvəlinin birinci pilləsindəki yerini möhkəmləndirib. Sonrakı iki yeri 10 xalla “Mançester Siti” və 8 xalla “Tottenhem” klubları tutur.Bu gün keçirilən digər oyunlarda aşağıdakı nəticələr qeydə alınıb:
“Brayton” – “Börnli” – 1:1,
“Volverhemton” – “Çelsi” – 2:4,
“Mançester Yunayted” – “Lester Siti” – 1:0,
“Tottenhem” – “Kristal Palas” – 4:0,
“Şeffild Yunayted” – “Sothempton” – 0:1.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…