“Mançester Siti” futbol klubu təkzib edib

24 Yanvar 2017 11:19

Xəbər 929 dəfə oxunub

“Mançester Siti” futbol klubunun baş məşqçisi Xosep Qvardiola hücumçu Serxio Aqueronu satacaqları ilə bağlı xəbərləri təkzib edib.Azərtac xəbər verir ki, o, argentinalı futbolçu ilə müqavilənin müddətini uzatdıqlarını, lakin bunun rəsmi şəkildə açıqlanmadığını söyləyib. Ehtimal edilir ki, müqavilənin müddəti ötən il artırılıb.Qeyd edək ki, cari mövsüm 15 oyuna 11 qol vuran 28 yaşlı oyunçunun “Real”a keçəcəyi barədə məlumatlar yayılmışdı.xeber100.com