“Mançester Siti” futbol klubu yeni rekorda imza atıb.

16 May 2021 14:07

Xəbər 476 dəfə oxunub

“Mançester Siti” futbol klubu yeni rekorda imza atıb.Azərtac xəbər verir ki, komanda buna İngiltərə Premyer Liqasının 36-cı turunda “Nyukasl”a 4:3 hesabı ilə qalib gəlməklə nail olub. Bununla da, Mançester təmsilçisi ölkə çempionatında səfər matçlarında ardıcıl 12-ci qələbəsini qazanıb. Bu isə turnir üçün yeni rekorddur.Əvvəllər 2008-ci ildə “Çelsi” və 2017-ci ildə “Mançester Siti” səfər görüşlərində 11 oyunluq qələbə seriyasına sahib olub. Maraqlıdır ki, bu, yalnız Premyer Liqa üçün deyil (liqa 1992-ci ildə qurulub), həm də bütün ingilis futbolu üçün bir rekorddur. 1888-ci ildə Futbol Liqasının yaranmasından bəri ilk dörd bölgədə heç bir komanda belə bir nailiyyət əldə etməyib.Qeyd edək ki, “Mançester Siti” bu mövsüm Premyer Liqada çempionluğu təmin edib.xeber100.com