“Mançester Siti” futbol klubunun məlumatına görə…

27 İyul 2019 15:44

Xəbər 661 dəfə oxunub

İngiltərə yığmasının keçmiş futbolçusu, 31 yaşlı Mayka Riçards karyerasını başa çatdırdığını elan edib. “Qazeta.Ru” bu futbolçunu yetişdirmiş “Mançester Siti” komandasının mətbuat xidmətinə istinadla bildirir ki, Riçardsın bu qərara gəlməsi onun dizində yaranmış problemlərlə bağlıdır. İdmançı zədələndiyinə görə son dörd mövsümdə cəmi 31 oyunda iştirak edib.Azərtac xəbər verir ki, Riçards deyib: “Mən öz karyeramı bitirirəm və əldə etdiyim nailiyyətlərə görə razıyam. İngiltərə çempionatında və İngiltərə Kubokunda qalib gəlmişəm, ölkənin yığmasında çıxış etmişəm, Olimpiadada Böyük Britaniyanı təmsil etmişəm. Məşqçi olub-olmayacağımı hələ bilmirəm. Bu barədə qərarı sonra qəbul edəcəyəm”.Riçards “Mançester Siti”nin heyətində 246 matç keçirib, bu oyunlarda 9 qol vurub və 14 uğurlu ötürmə edib. Futbolçu İngiltərənin “Aston Villa” və İtaliyanın “Fiorentina” komandalarında da çıxış edib.xeber100.com