Yanvarın 4-də İngiltərə Premyer Liqasının 21-ci turuna yekun vurulub.Azərtac xəbər verir ki, turun mərkəzi qarşılaşması “Etihad” stadionunda olub. Son çempion “Mançester Siti” doğma meydanda turnir cədvəlinin hazırkı lideri “Liverpul” komandasını qəbul edib. Görüşə hər iki komanda qarşılıqlı hücumlarla başlayıb. Matçın 16-cı dəqiqəsində “Liverpul” komandasının braziliyalı hücumçusu Roberto Firmino qapıçı ilə təkbətək qalsa da, vurduğu top qapı dirəyindən qayıdıb. Birinci hissənin sonlarında meydan sahibləri qol vurmağa nail olublar. Bernardo Silvanın ötürməsindən sonra Serxio Aquera qapı çərçivəsinin yaxın küncünə qüvvətli zərbə endirib – 0:1.İkinci hissənin 64-cü dəqiqəsində qonaqların hücumu qolla nəticələnib. Aleksander Arnoldun cərimə meydançasına diaqonal ötürməsini Roberto Firmino dəqiq zərbə ilə tamamlayıb – 1:1. Qarşılaşmanın 70-ci dəqiqəsində “şəhərli”lər yenidən hesabda önə keçib. Rəhim Sterlinqin meydanın mərkəzindən verdiyi ötürmə Leroy Saneni qapıçı ilə təkbətəkə çıxardıb. Sonuncu fürsəti əldən verməyərək adını tabloya yazdırıb – 2:1. Qalan dəqiqələrdə hər iki komandanın cəhdlərinə baxmayaraq hesab dəyişilməyib. Beləliklə, “Liverpul” cari mövsümün ilk məğlubiyyətin qazanıb. Növbəti turda “Liverpul” səfərdə “Brayton”la qarşılaşacaq, “Mançester Siti” isə doğma meydanda “Vulverhempton” komandasını qəbul edəcək.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…