“Mançester Siti” klubu yarımmüdafiəçisi ilə yeni müqavilə imzalayıb

1 Dekabr 2017 11:36

Xəbər 832 dəfə oxunub

“Mançester Siti”nin yarımmüdafiəçisi David Silva klub ilə yeni müqavilə imzalayıb.Azərtac klubun rəsmi saytına istinadla xəbər verir ki, yeni müqavilənin müddəti 2020-ci ilin yayınadək nəzərdə tutulub. Silva 2010-cu ilin yayında İngiltərə klubuna transfer olunub.Futbolçunun klub ilə öncəki müqaviləsi 2018-2019-cu il mövsümündə başa çatırdı.Qeyd edək ki, cari mövsüm İngiltərə Premyer Liqasında 14 oyun keçirən Silva 1 qol vurub və 8 məhsuldar ötürmə edib.xeber100.com