“Mançester Siti” klubu yeni müqavilə imzalamağı planlaşdırır

29 Mart 2018 14:11

Xəbər 763 dəfə oxunub

“Mançester Siti” klubu yarımmüdafiəçisi Rahim Sterlinqlə yeni uzunmüddətli müqavilə imzalamağı planlaşdırır.Azərtac xəbər verir ki, klub ilə 23 yaşlı futbolçu arasında danışıqlara apreldə start veriləcək.Sterlinqin “Mançester Siti” ilə hazırkı müqaviləsi 2020-ci ilin yayınadək nəzərdə tutulub. İmzalanacaq yeni müqavilədən sonra xavbekin məvacibi həftəyə 220 min funt təşkil edəcək.Qeyd edək ki, daha əvvəl “Mançester Siti” Kevin de Breyyne, David Silva, Fernandino və Nikolas Otamendi ilə müqaviləni yeniləyib.xeber100.com