“Mançester Yunayted” futbol klubu Premyer Liqanın 29-cu turunda

5 Mart 2019 12:31

Xəbər 709 dəfə oxunub

İngiltərənin “Mançester Yunayted” futbol klubunun çilili hücumçusu Aleksis Sançez 6-8 həftə ərzində yaşıl meydandan uzaqda qalacaq.Azərtac klubun saytına istinadla xəbər verir ki, 30 yaşlı hücumçu Premyer Liqanın 29-cu turunda “Southempton” ilə oyunun 52-ci dəqiqəsində zədələnib. Tibbi müayinə nəticəsində onun sağ dizində zədə aşkarlanıb. Klubun həkim komissiyası hücumçunun təxminən 6-8 həftə yaşıl meydanlardan uzaq qalacağını bildirib.Qeyd edək ki, çilili hücumçu “Mançester Yunayted”in heyətində cari mövsümdə 23 oyunda 2 dəfə fərqlənib. A.Sançez Çili millisinin heyətində isə 124 oyunda 41 qol vurub.xeber100.com