Aprelin 10-da UEFA Çempionlar Liqasının dörddəbir final mərhələsinin daha iki oyunu keçirilib.Azərtac xəbər verir ki, oyunlardan biri İngiltərədə, digəri isə Hollandiyada baş tutub.“Old Trafford” stadionunda keçirilən matçda “Mançester Yunayted” ilə “Barselona” üz-üzə gəlib. Matç 1:0 hesabı ilə qonaqların xeyrinə başa çatıb. Oyunda yeganə qol matçın 12-ci dəqiqəsində vurulub. Lionel Messinin ötürməsindən sonra Luis Suares qapıya başla vurduğu zərbə rəqibin müdafiəçisi Luk Şouya dəyərək qapıdan keçib – 0:1.Qoldan sonra hücuma atılan meydan sahibləri rəqibin qapısı önündə bir neçə təhlükəli vəziyyətlər yaratsalar da, hesab dəyişməyib.Günün digər oyunu isə Amsterdamdakı “Yohan Kroyf Arena” stadionunda keçirilib. Burada yerli “Ayaks” İtaliyanın “Yuventus” klubunu qəbul edib.Matçın 45-ci dəqiqəsində “Yuventus” Kriştiano Ronaldonun qolu sayəsində hesabda önə keçib. İkinci hissənin lap əvvəlində – 46-cı dəqiqədə isə meydan sahiblərinin futbolçusu David Neres hesabı bərabərləşdirib – 1:1. Matç elə bu hesabla başa çatıb.Qeyd edək ki, dörddəbir final mərhələsinin ilk iki oyununda “Liverpul” “Portu”nu 2:0, “Tottenhem” isə “Mançester Siti”ni 1:0 hesabları ilə məğlub edib.Qeyd edək ki, dörddəbir final mərhələsinin cavab görüşləri aprelin 16-da və 17-də keçiriləcək.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…