“Mançester Yunayted” klubu nigeriyalı futbolçusu ilə vidalaşıb

28 Yanvar 2021 19:04

Xəbər 449 dəfə oxunub

“Mançester Yunayted” klubu nigeriyalı futbolçusu İqalo Odion ilə vidalaşıb.Azərtac xəbər verir ki, 31 yaşlı forvard aid olduğu “Şanxay Qrinlend” klubuna qayıdıb. Bu barədə “qırmızı şeytanlar”ın rəsmi “Twitter” hesabı məlumat yayıb.Qeyd edək ki, İqalo “Mançester Yunayted”ə 2020-ci ilin yanvarında icarə əsasında keçib. O, kub tarixinin ilk nigeriyalı futbolçusu olub.xeber100.com