“Mançester Yunayted” klubunun məlumatına görə…

23 Fevral 2019 16:13

Xəbər 573 dəfə oxunub

“Mançester Yunayted”in futbolçusu “Barselona”nın maraq dairəsindədir.Milli.az xəbər verir ki, Kataloniya klubu “Real”ın da maraq dairəsində olan Markus Reşfordun adını transfer siyahısına əlavə edib.İngiltərəli forvardın Joze Mourinyonun rəhbərliyi altında oynayarkən komandadan ayrılmaq istədiyi, amma Ole-Qunnar Sulşerin gəlişindən sonra xoşbəxt olduğu və karyerasını Premyer Liqa klubunda davam etdirmək istədiyi deyilir.”Qırmızı şeytanlar”ın Reşford üçün 100 milyon avrodan aşağı təkliflərə baxmayacağı bildirilir.”Mançester Yunayted”lə 2020-ci ilədək müqaviləsi olan 21 yaşlı futbolçu, bu mövsüm iştirak etdiyi 32 oyunda 10 qol vurub, 8 məhsuldar ötürmə edib.xeber100.com