“Mançester Yunayted”in baş məşqçisi müdafiə xəttini gücləndirməyi planlaşdırır

29 Noyabr 2017 14:09

Xəbər 563 dəfə oxunub

“Mançester Yunayted” futbol klubunun baş məşqçisi Joze Mourinyu müdafiə xəttini gücləndirməyi planlaşdırır.Azərtac xəbər verir ki, portuqaliyalı baş məşqçi qış transfer dövründə üç futbolçunu – Lyuk Şou, Deyli Blind və Matteo Darmianı satışa çıxaracaq. Hər üç müdafiəçinin oyunu baş məşqçini qane etmir.Qeyd edək ki, gedəcək futbolçuların yerinə “Mançester Yunayted” uzunmüddətli perspektiv vəd edən oyunçuları cəlb etmək istəyir.xeber100.com