“Marca” qəzeti yazır…

25 Oktyabr 2016 10:30

Xəbər 1064 dəfə oxunub

Vaxtilə “Real” klubunda forma geyinmiş ingiltərəli futbol ulduzu Devid Bekhem yenidən Madrid klubu üçün çalışacaq. “Marca” qəzeti xəbər verir ki, 41 yaşlı mütəxəssis “kral klubu”nda səfir vəzifəsini icra edəcək. D.Bekhem Madrid təmsilçisinin ABŞ-dakı səfiri olması təklifini qəbul edib. Məlum olub ki, o, Amerikada İspaniya nəhənginin marka reklamı ilə məşğul olacaq. Qeyd edək ki, 2003-2007-ci illərdə “Real”ın formasını geyinmiş Bekhem 2007-2012-ci illərdə ABŞ-ın “Los-Anceles Qalaksi” klubunda çıxış edib və hazırda bu ölkədə yaşayır.xeber100com