“Marsel” futbol klubunun hücumçusu “Yuventus”a keçib

26 Avqust 2022 09:34

Xəbər 386 dəfə oxunub

“Marsel” klubunun hücumçusu Arkadiuş Milik “Yuventus”a keçib.Bu barədə Turin təmsilçisinin mətbuat xidməti məlumat yayıb.Polşalı forvard İtaliya klubunda mövsümün sonunadək icarə əsasında çıxış edəcək.Qeyd edək ki, 2021-ci ilin yanvarından “Marsel”də çıxış edən futbolçu 55 oyuna 30 qol vurub, 3 məhsuldar ötürmə edib. Onun Fransa klubu ilə 2025-ci ilin iyununa qədər müqaviləsi var.xeber100.com