“Marsel” klubunun hücumçusu Mario Balotelli mart ayı üzrə Fransa çempionatının ən yaxşı futbolçusu seçilib.Azərtac Fransa mətbuatına istinadla xəbər verir ki, 28 yaşlı italiyalı hücumçu keçirilən səsvermədə birinci yerə layiq görülüb. O, birincilik uğrunda mübarizədə 45 faiz səs toplayıb. “Paris Sen-Jermen”in 20 yaşlı hücumçusu Kilian Mbappe isə 35 faiz səslə ikinci olub. İlk üçlüyü “Lion” klubunun hücumçusu Mussa Dembele 20 faiz səslə tamamlayıb.Kilian Mbappe və Mussa Dembele mart ayında Liqa 1-də iştirak etdikləri 4 oyunda 5 qol vurublar. Mario Balotelli Marsel təmsilçisinin heyətində keçirdiyi 4 qarşılaşmada 4 dəfə fərqlənib.Qeyd edək ki, italiyalı hücumçu sonuncu qış transfer pəncərəsində “Nitsa” komandasında “Marsel” klubuna transfer olunub. O, cari mövsümdə Marsel təmsilçisinin heyətində keçirdiyi 9 qarşılaşmada 7 qol vurub.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…