Rayonlararası müntəzəm marşrut avtobusları yeni qaydalarla fəaliyyət göstərəcək.Azərtac xəbər verir ki, bu barədə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) İctimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova deyib.O bildirib ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tövsiyələrinə əsasən avtobuslar hazır vəziyyətə gətirilib. Nazirlər Kabineti yanında Operativ Qərargah rayonlararası müntəzəm sərnişindaşımaya qoyulan məhdudiyyəti ləğv edən zaman avtobuslar yenidən fəaliyyətə başlayacaq. Lakin avtobuslar səfərlərə tam dolu şəkildə çıxmayacaq. İstirahət üçün nəzərdə tutulan yerlərdə DANX-ın müfəttişləri də olacaq, onlar 3 saat müddətindən çox səfər edən avtobusların sərnişin və heyətinin həmin istirahət mərkəzində asudə vaxtlarının təmin edilməsinə nəzarət edəcəklər.N.Allahyarovanın sözlərinə görə, avtobusların salonu həmin müddətdə tamamilə boşaldılacaq, təmizlik işləri aparılacaq. Bununla yanaşı, heç bir sərnişin maskasız avtobusa buraxılmayacaq. İlkin olaraq maskasız sərnişinlər avtovağzal və avtostansiyalarda maska ilə təmin ediləcək. Ancaq sonradan sərnişinlər özləri qaydalara riayət edərək maska ilə gəlməlidirlər.DANX-ın nümayəndəsi qeyd edib ki, avtobuslarda qiymət artımının olmamasına da xüsusi nəzarət ediləcək.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…