Martın 11-12-də cüdo üzrə açıq Avropa kuboku yarışları keçiriləcək

7 Mart 2023 15:06

Xəbər 33 dəfə oxunub

Martın 11-12-də İtaliyanın paytaxtı Romada cüdo üzrə açıq Avropa kuboku yarışları keçiriləcək. Turnirdə ölkəmizi 12 cüdoçu – Rəşad Yelkiyev, Kənan İsmayılov (hər ikisi 60 kq), İsmayıl İbrahimov, Tofiq Əliyev (hər ikisi 66 kq), Telman Vəliyev, İbrahim Əliyev, Zaməddin Poladov (hər üçü 73 kq), Məhərrəm İmamverdiyev (81 kq), İbrahim Ağakişiyev (90 kq), Adil Kərimli, Ruslan Nəsirli və Aslan Mirzəyev (hər üçü 100 kq) təmsil edəcək. Turnirdə 37 ölkədən 427 cüdoçu birincilik uğrunda mübarizə aparacaq.xeber100.com

Dünyanın ən çox məvacib alan məşqçilərinin siyahısı

Dünyanın ən çox məvacib alan məşqçilərinin siyahısı açıqlanıb. Fransanın nüfuzlu “Ekip” nəşrinin tərtib etdiyi siyahıya “Atletiko”nun çalışdırıcısı Dieqo Simeone başçılıq edir. Argentinalı mütəxəssis Madrid klubunda ilə 34 milyon avro məvacib alır. Argentinalı mütəxəssis “böyük beşlik” ölkələrində həm də “Frayburq”a rəhbərlik edən Kristian Ştrayxla birgə bir klubda ən uzun müddət işləyən məşqçidir. Simeone 2011-ci ildən “Atletiko”nun sükanı arxasındadır. Siyahıda ikinci pillədə “Mançester Siti”nin çalışdırıcısı Xosep Qvardiola qərarlaşıb. İspaniyalı mütəxəssis “Mançester Siti”də ilə 22,4 milyon avro məvacib alır. Üçüncü yerdə isə illik qazancı 17,8 milyon avro olan “Liverpul”un baş məşqçisi Yürgen Kloppdur. Dördüncü pillədə də Premyer Liqada işləyən mütəxəssis qərarlaşıb. Söhbət ilə 13,5 milyon avro gəlir əldə edən “Çelsi”nin baş məşqçisi Qrem Potterdən gedir. Beşinci sırada qərarlaşan “Yuventus”un baş məşqçisi Massimiliano Alleqrinin illik maaşı 12,8 milyon avrodur. Bir neçə gün əvvəl “Bavariya” ilə müqavilə imzalayan Tomas Tuxel isə 12 milyon avro ilə altıncı yeri tutur. “Real Madrid”in baş məşqçisi Karlo Ançelottinin adı isə yeddinci sırada qeyd olunub. İtaliyalı mütəxəssis ilə 11 milyon avro məvacib alır.xeber100.com

Mart 31, 2023 14:01

Bədii gimnastika üzrə dünya kuboku yarışları keçiriləcək

Martın 31-dən aprelin 2-dək Bolqarıstanın paytaxtı Sofiyada bədii gimnastika üzrə dünya kuboku yarışları keçiriləcək. Azərbaycan Gimnastika Federasiyası xəbər verir ki, yarışda Azərbaycan fərdi növdə təmsil olunacaq. Ölkəmizin idman şərəfini Zöhrə Ağamirova və Alina Gözəlova qoruyacaqlar. Artıq gimnastlarımız Bolqarıstana yollanıblar. Bolqarıstan yarışı cari il Z.Ağamirovanın ilk beynəlxalq turniri olacaq. Digər təmsilçimiz A.Gözəlova bir müddət əvvəl İspaniyada Qran-Pri turnirində çıxış edib və topla proqramın finalında səkkizinci olub. Qeyd edək ki, Bakıda bədii gimnastika üzrə növbəti dünya kuboku yarışları aprelin 21-23-də keçiriləcək. Ölkəmizin gimnastika növləri üzrə bu il ev sahibliyi edəcəyi üçüncü beynəlxalq yarışda qeydiyyat siyahısına əsasən, 46 ölkədən idmançıların fərdi və qrup hərəkətləri proqramında mübarizə aparacağı gözlənilir. Üç gün ərzində baş tutacaq yarışlarda gimnastlar ayrı-ayrı alətlər və çoxnövçülük üzrə mübarizə aparacaqlar. Ənənəyə uyğun olaraq, yarışlarda ən çox icra xalını toplamış gimnast və qrup komandasına “AGF Trophy” kuboku təqdim olunacaq. Bu, ölkəmizdə bədii gimnastika üzrə təşkil ediləcək onuncu dünya kuboku yarışları olacaq. Paytaxtımız 2005-ci və 2019-cu illərdə bu növ üzrə dünya çempionatına ev sahibliyi edib.

Mart 29, 2023 15:07