Prezident İlham Əliyevin 2018-ci il 9 aprel tarixli Sərəncamı ilə martın 27-si Azərbaycanda “Elm günü” kimi təsis edilib. Bu il ilk dəfə qeyd olunacaq “Elm günü”nün yüksək səviyyədə keçirilməsi məqsədilə Azərbaycan Respublikasının Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası tədbirlər planı hazırlayıb.Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA) Azərtac-a bildirilib ki, tədbirlər planına əsasən, “Elm günü” ilə əlaqədar olaraq AMEA-nın elmi müəssisə və təşkilatlarında, o cümlədən Lənkəran və Şəki Regional Elmi mərkəzlərində silsilə tədbirlər keçiriləcək. Müasir dövrün aktual elmi problemlərinə həsr edilən konfrans, seminar və mühazirələr, dəyirmi masa, “açıq qapı” günləri, sərgilər, habelə tələbə və şagirdlərin alimlərlə görüşləri təşkil olunacaq.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…