Ölkə ərazisində mayın 22-nə gözlənilən hava proqnozu açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Azərtac-a verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı, gündüz havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək.Havanın temperaturunun Abşeron yarımadasında gecə 15-18°, gündüz 25-30° isti, Bakıda gecə 16-18°, gündüz 27-29° isti olacağı gözlənilir.Atmosfer təzyiqi norma daxilində – 761 civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-60 faiz təşkil edəcək.Abşeronun şimal çimərliklərində – Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada mülayim cənub küləyi əsəcək. Dəniz suyunun temperaturu 19-20° isti təşkil edəcək.Cənub çimərliklərində isə – Türkan, Hövsan, Sahil, Şıxda mülayim cənub-şərq küləyi əsəcək. Dəniz suyunun temperaturu 20-21° isti təşkil edəcək.Azərbaycanın rayonlarının ayrı-ayrı yerlərində şimşək çaxacağı, arabir yağış yağacağı, bəzi qərb rayonlarında leysan xarakterli olacağı gözlənilir. Şərq küləyi əsəcək.Havanın temperaturunun gecə 14-19°, gündüz 28-33° isti, dağlarda gecə 8-13°, gündüz 15-20° isti olacağı gözlənilir.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Messi influenzato…
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
“Вниз по течению”…