MDB Açıq Kuboku yarışlarının açılış mərasimi keçirilib

4 Dekabr 2016 16:48

Xəbər 929 dəfə oxunub

Dekabrın 3-də “Minsk-Arena” velodromunda üçüncü MDB Açıq Kuboku – ITF taekvando üzrə Dünya Kuboku yarışlarının təntənəli açılış mərasimi keçirilib.MDB Açıq Kuboku Birlik üzvü olan ölkələrin 2020-ci ilə qədər bədən tərbiyəsinin inkişafı strategiyasının həyata keçirilməsi üzrə Tədbirlər Planına uyğun keçirilir və qurumun 25 illiyinə həsr olunub.MDB İcraiyyə Komitəsinin informasiya dəstəyi ilə yarışlara Azərbaycan da daxil olmaqla, Birlik üzvü olan ölkələrin, habelə Latviya, Sloveniya, Finlandiya, Çexiya, Şotlandiya, Estoniya və digər ölkələrin idmançıları qatılacaqlar.xeber100.com