Rusiyanın “Travel.ru” turizm saytı 2016-cı ildə MDB ölkələrində istirahət üçün perspektivli sayılan turizm istiqamətlərini müəyyənləşdirib. Reytinq son bir ildə müstəqil şəkildə dincəlməyə gedən rusiyalı turistlərin bron etdikləri otellərin və mənzillərin sayına əsasən tərtib olunub. Sayta xəbər verir ki, Azərbaycan bu il xaricdə dincələn ruslar üçün MDB-də ən yaxşı ölkə seçilib və reytinq cədvəlinə liderlik edib. Azərbaycandan başqa, Qazaxıstan, Qırğızıstan və Belarus da siyahıda yer alıb. MDB ölkələri rusiyalı turistlər üçün nisbətən ucuz qiymətlər, inkişaf etmiş infrastruktur, vizasız giriş və əsasən yerli sakinlərin rus dilində danışa bilmələri ilə cəlbedici olublar.
2015-ci ildə Azərbaycana gələn turistin 685 mini Rusiyanın payına düşüb. Onlar, əsasən, paytaxt Bakı, Qusar, Gəncə, Şamaxı, Qəbələ, Naftalan, Göygöl, Xudat, Xaçmaz, Astara, Siyəzən və Lənkəranın görməli yerləri ilə tanış olublar.
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…