Daşkənddə keçirilən MDB Elektroenergetika Şurasının 51-ci iclasında Azərbaycan da təmsil olunub.Azərtac xəbər verir ki, tədbirdə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Belarus, Rusiya, Tacikistan, Türkmənistan, Özbəkistan nümayəndələri iştirak ediblər.Yığıncaqda iştirakçı dövlətlərdə 2016-2017-ci illərin payız-qış mövsümü üçün enerji sistemlərinin hazırlığı haqqında məruzələr dinlənilib. İclasda bu dövlətlərin elektroenergetika sahəsinin aktual məsələləri, MDB çərçivəsində bu sferada imzalanan müqavilələr, Şuranın normativ və texniki sənədləri, “Enerjinin səmərəliliyi və bərpa edilən energetika üzrə işçi qrupunun sənədləri haqında” sənəd və digər məsələlər müzakirə edilib. Tədbirdə MDB-nin üzvü olan ölkələrin elektroenergetika obyektlərində qəza-bərpa işləri apararkən qarşılıqlı yardımın təşkili üzrə tövsiyələr təsdiq edilib.Məruzələrdə qeyd edilib ki, Birlik ölkələrində energetika sahəsində işlərin etibarlılığını və səmərəliliyini təmin etmək məqsədilə inteqrasiya əməkdaşlığı çox vacibdir.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…