Sentyabrın 5-də Bakıda MDB üzv dövlətləri Ali Maliyyə Nəzarəti Orqanları Rəhbərləri Şurasının XVII sessiyası keçirilir.Azərtac xəbər verir ki, MDB üzv dövlətləri Ali Maliyyə Nəzarəti Orqanları Rəhbərləri Şurasının Bakı sessiyasında 7 ölkənin Ali Audit Qurumunun 25 nəfərdən ibarət nümayəndə heyəti iştirak edir.Azərbaycan Respublikasının Hesablama Palatasının sədri Vüqar Gülməmmədov sessiyanın məqsədi, mövzusu barədə məlumat verərək ali audit qurumlarının fəaliyyəti üçün əhəmiyyətindən danışıb.MDB İcraiyyə Komitəsi tərəfindən Mamutbekov Jaras Madyarxanulu MDB üzv dövlətləri Ali Maliyyə Nəzarəti Orqanları Rəhbərləri Şurasının sessiyalarının, üzv ölkələrin çoxtərəfli və ikitərəfli əməkdaşlığının nəticələrindən və ali audit qurumlarının gələcək fəaliyyətində rolundan bəhs edib, sessiyanın işinə uğurlar arzulayıb.Qeyd edək ki, MDB üzv dövlətləri Ali Maliyyə Nəzarəti Orqanları Rəhbərlər Şurası 2000-ci ilin noyabr ayında Rusiya Federasiyası Hesablama Palatasının təşəbbüsü ilə Moskva şəhərində keçirilmiş görüşdə yaradılıb. MDB üzv dövlətləri Ali Maliyyə Nəzarəti Orqanları Rəhbərləri Şurasına 9 ölkənin Ali Audit Qurumu daxildir. Şuranın yaradılması MDB üzvü olan dövlətlərin Ali Maliyyə Nəzarəti Orqanlarının öz ölkələrinin sosial-iqtisadi inkişafına dəstək göstərmək və qarşılıqlı iqtisadi əməkdaşlığı daha da gücləndirmək, MDB iştirakçısı olan ölkələrin AAQ-larının fəaliyyətinin koordinasiyası və səmərəli bilik və təcrübə mübadiləsi məqsədini daşıyır. Şura daxilində əməkdaşlığın prioritet istiqaməti olaraq kənar dövlət maliyyə nəzarəti ilə bağlı mühüm nəzəri və praktik sualların müzakirəsi, bilik, təcrübə və məlumat mübadiləsi, birgə və paralel, ikitərəfli və çoxtərəfli nəzarət-analitik tədbirlərin keçirilməsi, o cümlədən Şuraya üzv AAQ-ların əməkdaşlarının peşəkar təlimi və ixtisasının artırılması məsələləridir.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…