“Medal Day Open” Beynəlxalq şahmat turniri keçirilir

5 Aprel 2018 12:36

Xəbər 695 dəfə oxunub

Türkiyənin Kahramanmaraş şəhərində “Medal Day Open” Beynəlxalq şahmat turniri keçirilir.Azərtac xəbər verir ki, Azərbaycanı təmsil edən beynəlxalq dərəcəli usta Misrəddin İsgəndərov “A” turnirində üç turdan sonra 3 xal toplayaraq liderlik edir. Altı şahmatçı, o cümlədən Vüqar Rəsulov, Nail Bəşirli (Azərbaycan), Davit Maqalaşvili, Giqa Quparadze (Gürcüstan), Hüseyn Can Ağdelen (Türkiyə) və Meilis Annaberdiyev (Türkmənistan) ondan yarım xal geri qalırlar.“Medal Day Open” turnirində 33 şahmatçı, altı qrossmeyster iştirak edir. Turnir İsveçrə sistemi üzrə keçirilir və 9 turdan ibarətdir.xeber100.com