Meksika çempionatında mövsümün qalibi müəyyənləşib

30 May 2023 13:46

Xəbər 274 dəfə oxunub

Futbol üzrə Meksika çempionatında 2022-2023-cü il mövsümünün qalibi müəyyənləşib. Çempion adına “Tiqres” klubu sahib olub. Monterrey təmsilçisi finalın cavab oyununda “Qvadalaxara”nı məğlub edib (3:2, ilk oyun – 0:0). Nəticədə komanda tarixdə səkkizinci, 2015-ci ildən bəri beşinci dəfə Meksika çempionatının qızıl medallarını əldə ediblər. Yalnız “Amerika” (13), “Qvadalaxara” (12) və “Toluka”nın (10) daha çox titulları var. “Kruz Azul” və “Leon” da 8 dəfə çempion olublar.xeber100.com