Futbol üzrə Meksika milli komandasının Rusiyada keçiriləcək dünya çempionatı üçün yekun heyəti açıqlanıb.Azərtac xəbər verir ki, baş məşqçi Xuan Karlos Osoriyo açıqladığı heyətdə aşağıdakı futbolçular yer alıblar:Qapıçılar – Xesus Korona (“Kruz Azul”), Alfredo Talavera (“Toluka”, Meksika), Qilyermo Ocoa (“Standart”, Belçika), müdafiəçilər – Edson Alvarez (“Amerika”, Meksika), Uqo Ayala (“Tiqres”, Meksika), Xesus Qalyardo (“Unam”, Meksika), Miqel Layun (“Sevilya”, İspaniya), Ektor Moreno (“Real Sosyedad”, İspaniya), Dieqo Reyes (“Portu”, Portuqaliya), Karlos Solsedo (“Ayntraxt”, Almaniya), yarımmüdafiəçilər – Marko Fabian (“Ayntraxt”, Almaniya), Xonas Dos Santos, Djovani Dos Santos (hər ikisi – “Los Anqeles”, ABŞ), Andreas Quardado (“Betis”, İspaniya), Hektor Herera (“Porto”, Portuqaliya) Rafayel Markez (“Atlas”, Meksika), hücumçular – Xavyer Akino (“Tiqres”, Meksika), Xavyer Hernandez (“Vest Xem”, İngiltərə), Raul Ximenez (“Benfika”, Portuqaliya), Irvinq Losano (“PSV”, Hollandiya), Oribe Peralta (“Amerika”, Meksika), Karlos Vela (“Anqeles”, ABŞ), İsa Manuyel Korona (“Porto”, Portuqaliya).Qeyd edək ki, Meksika yığması mundialda “F” qrupunda Almaniya, İsveç və Koreya Respublikası milliləri ilə mübarizə aparacaq.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…