Meqaçempionat keçirmək barədə qərar qəbul edilib

11 Yanvar 2017 11:02

Xəbər 674 dəfə oxunub

FIFA İcraiyyə Şurası dünya futbol tarixində ilk dəfə meqaçempionat keçirmək barədə qərar qəbul edib. İlk dəfə 2026-cı ildə keçiriləcək geniş tərkibli dünya çempionatında 48 yığma komanda iştirak edəcək. Çempionat hər birində 3 komanda olmaqla 16 qrupda təşkil olunacaq.Almaniya başda olmaqla bir sıra ölkələr hazırkı formatın dəyişdirilməsinə qarşı ciddi müqavimət göstərir. Lakin FIFA-nın yeni rəhbəri Cianni İnfantino öz vədlərindən birini yerinə yetirməyə nail oldu.xeber100.com